Bayden: Tramp bunu etməsə, Ağ Evdən ZORLA ÇIXARILACAQ

2

ABŞ Prezidenti Donald Tramp 3 noyabr seçkilərində səs oğurluğuna cəhd edəcək.

Bu sözləri ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Co Bayden deyib.

“Ən böyük narahatlığım odur ki, bu prezident səs oğurlamaq istəyəcək. Bu adam poçt vasitəsilə səsvermənin saxta olduğunu iddia etdiyi halda, özü Oval Ofisdə masa altından poçtla səs verib”, – deyə Bayden bildirib.

Bayden əlavə edib ki, Tramp seçkilərdə uduzub, məğlubiyyəti qəbul etməməsi durumunda xüsusi təyinatlı hərbçilər onu Ağ Evdən çıxaracaq. \\Axar