“Bayramın topu-tüfəngi var ki, Şuşanı alsın?”

21 May, 2020, 12:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousuna münasibət bildirib.

Unikal.org-a açıqlama verən Bayram Səfərov ermənilərin Şuşada “andiçmə” mərasimi keçirməsini pisləyib:

“Ermənilər Şuşanı işğal edib, istədiyini də edir. Nə vaxt biz Şuşanı işğaldan azad edəcəyik, o vaxt da söz sahibi olacağıq. Mən açıqlama verirəm hərə ağzına gələni yazır. Bayramın elə bil topu, tüfəngi var. Bayram neynəməlidir? Bayram gedib, Şuşanı ermənilərdən alandı? Axmaq-axmaq sözlər yazırlar. Hərə Allahdan, bəndədən qorxmayıb ağlına gələni deyirlər. Hər birimizin dərdi birdir. Qarabağla bağlı Cənab prezidentdən güclü siyasət aparan var?! Ölkə başçısı nə qərar qəbul edirsə, biz şuşalılar da onun fikirlərini dəstəkləyirik. Ali Baş komandan əmr versə ki, torpaqlarımızı işğaldan azad olunması ilə bağlı müharibə edək ora yüyürəcəyik. Döyüş lazımdırsa, döyüş, sülh lazımdırsa, sülh olacaq!”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93