Salam, xoş gəlmisiniz.

“BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var” - REKTOR

2019-07-16 11:25:12

“BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var” - REKTOR

“Son aylar ərzində Bakı Dövlət Universitetində edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.

O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: “Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”.

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: “Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə gətirir. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Amma ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru