İsrail mətbuatı: “BƏƏ vəliəhdi 25 ildir ki, İsrailin müttəfiqidir”

1

Hurriyyet.org xəbər verir ki, İsrail mətbuatı Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin Tel Əvivin gizlin müttəfiqi olduğunu yazıb. Kanal 13-ün müxbiri Barak Ravid, ibn Zayedin artıq 25 il ərzində İsrail ilə əməkdaşlıq etdiyini yazıb. İsrailli publisistlər Adana Zidman və Rod Runner də bənzər açıqlamalar veriblər. Runner deyib: “Zayedin Netanyahuya ehtiyacı ehtiyacı var”.

İordan çayının qərb sahilinin İsrail tərəfindən ilhaq edilməsi planının ən böyük dəstəkçisinin ABŞ hesab edildiyinə baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin də adı ön plana çıxmaqdadır.

Son dakika: İsrail açık açık itiraf etti: 25 yıldır bizimle çalışıyor...

İsrailin Kanal 13 kanalının siyasi müxbiri Barak Ravid BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin 25 il ərzində İsrail ilə gizlin müttəfiq olduğunu bildirib.  Zayedin İsrailin ilhak planı məsələsində İordaniya kralının tərəfində olduğunu bəyan eləməsindən sonra mətbuatda çıxış edən israilli yazar bildirib: “BƏƏ ümumilikdə İsrail-Fələstin toqquşması məsələsində açıqlama verməkdən qaçır. İordaniya kralı ilə telefon danışığında ilhaqdan bəhs eləməsi təəccüblüdür”.

Liviyada Həftər qiyamçılarını, Yəməndə separatçıları dəstəkləyirlər

Yəmən və Liviyada siyasi planları pozulan BƏƏ uğursuzluqda bu ölkələrdə dəstəklədiyi müharibə baronlarını təqsirkar hesab edib. BƏƏ-nin xarici siyasət naziri Ənvər Qarqaş açıqlamasında deyib: “Ölkəmizin bəzi dostları birtərəfli yanlış qərarlar verirlər. Bunu Həftərin və Yəməndəki Cənub Keçid Şurasının timsalında gördük”.

Son dakika: İsrail açık açık itiraf etti: 25 yıldır bizimle çalışıyor...

Üzdə İsrailin əleyhinə danışır, gizlində isə…

İsrailli yazar Adana Zidman isə BƏƏ və Körfəz ölkələrinin mövqelərinin İsrailin baş naziri Binyamin Netanyahu ilə koordinasiyalı olduğunu bildirib. Zayedin İordaniyanı dəstəkləyən açıqlamasının sadəcə ərəb ictimaiyyətinə ünvanlandığını bildirən israilli jurnalist Rod Runner bildirib: “Qapalı qapıların arxasında Netanyahunun  ilhaq planını qəbul edib. Çünki Zayedin yalnız Netanyahuya ehtiyacı var”.

Hurriyyet.org