Belarus Rusiyaya tanklar və hərbçilər göndərdi – Son gəlişmə

14

Belarus Rusiyanın cənubunda keçirilən “Qafqaz-2020” təliminə 30-dan çox tank və təxminən 350 əsgər göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Ümumilikdə təlimlərə Belarus Respublikasından təxminən 350 nəfər şəxs, 30-dan çox tank və piyadaya məxsus döyüş maşını, həmçinin, altı ədəd 2S1 “Qvozdika” özüyeriyən artilleriya dəsti cəlb ediləcək”, – deyə nazirlikdən bildirilib.

Nazirlikdən onu da bildiriblər ki, Belarus Silahlı Qüvvələrinin bölmələri artıq Həştərxan vilayətindəki Kapustin Yar poliqonuna gəlib.