Belarusda etiraz aksiyalarında 774 nəfər saxlanıb

4

Belarusda bazar günü keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 774 nəfəri saxlayıb.

Bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məluma verib.

“Dünən ümumilikdə 774 vətəndaş (onlardan 500-dən çoxu Minskdə) kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə saxlanıb. 544 nəfər isə işlərinə məhkəmədə baxılana qədər həbs yerlərinə yerləşdirilib”, – mətbuat katibinin “Telegram” kanalında deyilir./Report.az