Salam, xoş gəlmisiniz.

Berdıməhəmmədov çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO

2019-09-16 17:59:00

Berdıməhəmmədov çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ötən həftə Orta Asiya çoban iti cinsi sayılan alabay haqqında yazdığı kitabı tamamladığını bəyan edib. O, yeni kitabı hökumətin iclasında nümayiş etdirib. Daha sonra itləri tərifləyən şerini oxuyub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Türkmənistan televiziyasının sentyabrın 13-də yaydığı kadrlara görə iclas iştirakçıları rəhbərin alabay itləri haqda şeirini gurultulu alqışlarla qarsalayıblar.

Berdıməhəmmədov bu ilin mayında Axaltəkə atçılıq təsərrüfatına baş çəkəndə itlər haqqında kitab yazmağa başladığını bildirmişdi.

Ölkənin rəsmi məlumatlarında qeyd olunur ki, 2007-ci ildə hakimiyyətə gələndən bəri Berdıməhəmmədov dərman bitkiləri, xalılar, atlar , itlər və s. mövzulara həsr olunan 50 kitab yazıb.

Berdıməhəmmədovun çoban itləri haqda kitabı tamamlamasından az sonra, sentyabrın 14-də Aşqabadda kitabın təntənəli təqdimat mərasimi olub. Kitabın 2 ay 18 günə tamamlandığı bildirilir. Habelə tədbirdə prezidentin sözlərinə yazılmış “Türkmən alabayı” mahnısının premyerası keçirilib.

Türkmənbaşı təkcə itlər, atlar və s. haqda kitablar yazmır, arada korrupsioner məmurları da həbs edir. Belə ki, hökumətin həmin iclasında həm də rüşvətə və korrupsiyaya görə bir qrup məmurun həbsinə dair videorolik də nümayiş etdirilib. Həbs olunanların arasında ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdu İşanov da var. Sentyabrın 4-də İşanovun vəzifədən azad edildiyi açıqlanmışdı. Onun nə vaxt həbs edildiyi məlum deyil.

Dövlət telekanalları əliqandallı bir neçə nəfəri göstəriblər. Işanov da onların arasında olub. Onlar sentyabrın 13-də bir neçə korrupsiya cinayətini açıq şəkildə etiraf ediblər.

Video hökumətin iclası zamanı bir neçə böyük monitorda göstərilib. Həmin iclasda Baş prokuror Batır Atdaev president Berdıməhəmmədovun başlatdığı antikorupsiya kampaniyasının nəticələri haqda məlumat verib.

Işanov əli qandallı haqda kameralar qarşısında deyir ki, son illər tanınmış biznesmen Çarıməhəmməd Kulov və bir neçə dövlət müəssisəsinin liderləri ilə birlikdə bir neçə korrupsiya cinayəti törədib.

Işanov və videodakı digər şəxslərin həbsə məhkum edildikləri açıqlansa da məhkəmələrin nə vaxt keçirildiuyi, hökmlərin detalları haqda informasiya verilməyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru