Salam, xoş gəlmisiniz.

Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

2020-01-14 16:41:00

Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanıldı

İctimai fəal Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru