Beyləqanda ağır qəza – ÖLƏN VAR

22 May, 2020, 11:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, hadisə mayın 21-i saat 11:30 radələrində rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Elşən Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü F.Əsədov, onun sərnişini – qızı Günel Əsədova, “VAZ-21154” markalı avtomobilin sərnişini Gülşən Əlizadə ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. F.Əsədov həmin gün saat 16 radələrində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinaytət işi başlanılıb./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93