Beyləqanda “KamAZ” piyadanı vurub öldürdü

2 Oktyabr, 2019, 11:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 1-də saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndi ərazisində rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93