“Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir” – HULUSİ AKAR

0

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən “Turkish Heritage Organization” (“Türk irsi təşkilatı”) təşkilatının “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” adlı onlayn tədbirində çıxış edib.

Nazir çıxışında Ermənistanla Azərbaycan arasındakı gərginlik məsələsinədən də bəhs edib.

Hulusi Akar deyib: “Türkiyə Ermənistanın təcavüzkarlığını pisləməkdə və bu problemin Azərbaycanın ərazi bütövlüyü içərisində sülh yolu ilə həll edilməsini dəstəkləməkdədir. ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanın bu kimi hücumlardan çəkinməsi və problemin həlli yolunda konstruktiv addımlar atması üçün xəbərdarlıq eləməlidir”.

Hurriyyet.org