Beynəlxalq uçuşlar bu tarixdə açıla bilər

5

“Aşağı yaş qrupundakı vəfat edən xəstələrin yanaşı olan çox ağır xəstəlikləri olub”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, karantin rejimi ilə bağlı bir sıra qərarlar qəbul edilib: “Bəziləri ilə bağlı tam qərar yoxdur. Növbəti həftə açıqlanacaq. Karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur. Amma hansı tarixə uzadılacağı hələ bəlli deyil. Beynəlxalq uçuşların Azərbaycanda iyunun 15-də açılması mümkün ola bilər.

Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur”./modern.az/