Beynəlxalq informasiya mühiti və elmi-mədəni inteqrasiya – LAYİHƏ

23 May, 2020, 16:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

II Yazı

Beynəlxalq informasiya məsələləri ilə əlaqələrdə inkişafın yollarından biri də elmi və ictimai xarakter daşıyan əsərlərin ölkəmizdə olması çox vacibdir. Bu barədə dövlət müstəilliyimizi əldə etdikdən sonra, xeyli dərəcədə inkişaf yolu keçilib. Belə ki, bu barədə respublikamızın kitabxana fondlarının zənginləşməsi xüsusi əhəmiyyət daşıyır. Ötən müddət ərzində Milli Kitabxana İsveçrə Beynəlxalq Əmək Cəmiyyəti və İsveçrə Nobel Fondunun timsalında yeni partnyorlar qazanmış, il ərzində “ABŞ kitabxanaları və nəşriyyatlarından alınan ədəbiyyat”, “Azərbaycan-Misir Dostluq

Cəmiyyəti tərəfindən hədiyyə edilmiş ədəbiyyat” adlı uzunmüddətli kitab sərgiləri keçirilmişdi. Məhz həmin ildən etibarən Mərkəzi Elmi Kitabxana beynəlxalq informasiya mühitinə inteqrasiya imkanlarını genişləndirmək məqsədilə xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə sıx elmi-mədəni əlaqələr yaratmaq və bu vasitə ilə öz fəaliyyəti çərçivəsində mədəniyyətlərarası dialoqda iştirak etmək ənənəsinin əsasını qoymuşdur.

Elmi, ictimai və siyasi kitablar həm də yüksək səviyyədə informasiya mənbəyidir

1994-cü ildən başlayaraq, Rusiya, ABŞ, Fransa, Misir səfirlikləri və BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq prosesinə start verildi. Fransanın  Paris Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, M.Y.SaltıkovŞedrin adına Sankt-Peterburq Dövlət Kitabxanası, Rusiya Elmlər Akademiyasının kitabxanası, Rusiya Dövlət Ümumi Elmi-Texniki kitabxanası ilə beynəlxalq kitabxanalararası abonement (BKAA) yolu ilə kitab mübadiləsi yüksək  intensivləşdirdi. Rusiya Dövlət Ümumi Elmi-Texniki kitabxanasının hazırladığı toplu kataloqa Mərkəzi ElmiKitabxananın il ərzində əldə etdiyi elmi jurnallar barədə məlumatların göndərilməsi prosesi bərpa olundu. Azərbaycanın neft və qaz sektoru üzrə beynəlxalq əlaqələrin inkişafı eyni zamanda inteqrasiyaya hesablanmış uzunmüddətli proqramları gündəmə gətirdi. Bu ictimai-siyasi sabitlik və inkişaf Azərbaycana xaricdən olan marağı dəfələrlə artırdı. Ölkəmizə gələn əcnəbi tədqiqatçıların və elm adamlarının çoxalması, burada elmi tədqiqat aparmaq istəyənlərin günü-gündən artması bunu bir daha təsdiq etdi. AMEA-nın müxtəlif elmi tədqiqat institutlarında araşdırma aparan əcnəbi tədqiqatçıların çoxalması fonunda Mərkəzi Elmi Kitabxana oxuculara xidmət sahəsində çalışan əməkdaşların sayını artırmalı oldu. Azərbaycan alimləri də xarici elm və təhsil müəssisələrindən əvvəlki illərlə müqayisədə daha çox dəvət almağa və burs əldə etməyə başlamışdılar.

Müstəqillik əldə etdikdən sonra yeni iqtisadi-siyasi, sosial şəraitə uyğunlaşma dövrünə qədəm qoymuş həmin dövlətlərdə kitab və kitabxana mədəniyyətinə daha çox diqqət ayrılmağa başlamış, kitabxanalararası münasibətlərin bərpası və dirçəlməsi naminə, bu dəfə artıq MDB formatı çərçivəsində əməkdaşlıq üçün real addımlar atılmışdı. Avrasiya Kitabxanalar Assambleyasının (AKA) “Kitabxanalar mədəniyyət və incəsənət üzrə informasiya mərkəzləri kimi” adlı layihəsi çərçivəsində “1995-2000-ci illərdə mədəniyyət və incəsənət üzrə informasiyaya ümumi çıxışın təşkilində MDB ölkələrinin kitabxanalarının qarşılıqlı əlaqə Proqramı” hazırlanmışdı.

Layihənin məqsədi Avrasiyada vahid mədəni-informasiya məkanının yaradılmasına kömək etmək idi. Qoyulmuş vəzifələrin həlli üçün metodik sənədlərin mübadiləsinin təşkil edilməsi; mədəniyyət və incəsənət sahəsində elektron və texniki vasitələrin köməyi ilə kitabxanalar arasında informasiya mübadiləsinin təmin edilməsi təklif olunmuşdu.

Elektron inkişaf həm də beynəlxalq aləmlə uzlaşmaqdır

Müstəqillik illərinin ilk dövründə informasiya mühitinin formalaşması məsələlərindən bəhs edərkən əlbəttə ki, respublikada 1994-cü ildən etibarən başlamış informasiya cəmiyyəti quruculuğu işlərini də unutmaq olmaz. Bunu nəticəsində Azərbaycanda İnternetin tətbiqi təşəkkül tapdı. 1993-cü ilin avqustunda “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi İCANN-da (İnternetdə domen adların və ünvanların verilməsi üzrə Təşkilat) qeydiyyata alındı, 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində İnternetin ilk qovşağı yaradıldı və “Türksat” süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi ilə əlaqə kanalı qurularaq Azərbaycanın İnternetə çıxışı təmin olundu. 1995-ci ildə isə Azərbaycanda ilk veb sayt –AMEA-nın www.ab.az (www.science.gov.az saytının ilkin versiyası) saytı yaradıldı. 1996-cı ildən başlayaraq “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyalarınvə telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Bütün bunlar əlbəttə ki, kitabxanaların fəaliyyətinə müsbət təsir göstərdi, elektron poçt xidməti vasitəsilə beynəlxalq informasiya mübadiləsi üçün yeni üfüqlər açıldı. Azərbaycan ElmlərAkademiyasının alim və mütəxəssislərinə biblioqrafik informasiya xidmətini daha da təkmilləşdirmək məqsədilə Kitabxanada kompüterlərdən, daha dəqiq, o dövrün terminologiyası ilə ifadə etsək, fərdi elektron hesablayıcı maşınlardan istifadə olunmağa başlandı. Kitabxananın “Xarici ədəbiyyatın komplektləşdirilməsi və beynəlxalq kitab mübadiləsişöbəsi” ilə “Şərq ədəbiyyatı”şöbəsixarici ədəbiyyatın tematik komplektləşdirilməsinin planını qurmaq üçün diferensial xidmətin o dövr üçün mütərəqqi hesab olunan “Məlumatın seçilib paylanması”sistemindən istifadə etməyə başladılar. Bu sistem daim fəaliyyətdə olan əks əlaqəni müəyyən etməklə, abonentə hər bir biblioqrafik məlumata rəy bildirmək imkanı verirdi. 1995-ci ildə Kitabxananın “Məlumatın seçilib paylanması” avtomatlaşdırılmış sistemində 24618 xarici ədəbiyyatın biblioqrafik yazısı mövcud idi. Bu baza imkan verirdi ki, fərdi elektron hesablayıcı maşınların oxuduğu maqnit lentlərdə “Mərkəzi Elmi kitabxanaya daxil olan xarici ədəbiyyat” adlı illik kataloqlar yaradılmağa başlamışdı. 1995-ci ildə Mərkəzi Elmi Kitabxana 42 ölkənin 480 təşkilatı ilə əməkdaşlıq edirdi. Həmin il Kitabxana ilə beynəlxalq kitab mübadiləsində iştirak edən qurular arasına Fransa Mədəniyyət Nazirliyi, Yaponiya Vaseda Universitetinin kitabxanası, İsveçrə Botanika Muzeyi də əlavə olunmuşdu. 1995-1996-cı illərdə ABŞ Konqres Kitabxanası Mərkəzi Elmi Kitabxana ilə Xüsusi Kitabxanalar Assosiasiyası arasında əməkdaşlıq əlaqəsi yaratmışdır. Bu əlaqə nəticəsində Mərkəzi Elmi Kitabxanaya ABŞ universitetlərindən 915 nüsxə ədəbiyyat göndərilmişdi. Xüsusi Kitabxanalar Assosiasiyasısahəvi, elmi, ixtisaslaşmış kitabxanaları özündə birləşdirən nüfuzlu qurumlardan biridir. 75 ölkədə 9000-dən artıq üzvi olan bu beynəlxalq təşkilatın əsası 1909-cu ildə Birləşmiş Ştatlarda qoyulub. Assosiasiya ildə səkkiz dəfə “Information Outlook” adlı bülleten nəşr edir və üzv kitabxanalara göndərir. 90-cı illərdə Mərkəzi Elmi Kitabxana ilə yanaşı bir sıra universitet kitabxanaları və Milli Arxiv Fondu da öz istiqamətlərinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edirdilər.

Avropa ilə inteqrasiyada elmin rolu

1993-cü ildə “Arxiv sənədlərinin beynəlxalq təsvir qaydaları”nı (ISAD- International Standard Archival Description) hazırlanmışdır. Mərkəzi Elmi Kitabxana Yaxın Şərq Kitabxanaçılarının Avropa Assosiasiyası, Xüsusi Kitabxanalar və İnformasiya Bürosu Assosiasiyası (ASLIB), Avropa Elmi Kitabxanalar Konsorsiumu (CERL), Avropa Kitabxana-İnformasiya və Sənəd Assosiasiyaları Bürosu (EBLIDA) ilə də uzun illərdən bəri əməkdaşlıq edir. 2000-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Amerika Kitabxana Assosiasiyasının (ALA) üzvüdür. 2011-ci ildən Mərkəzi Elmi Kitabxana Assosiasiyanın “American libraries” adlı aylıq elmi-kütləvi jurnalını alır. Mərkəzi Elmi Kitabxana eynizamanda, Amerika Kitabxana Assosiasiyasının bir bölməsi olan Kitabxana və İnformasiya Texnologiyaları Assosiasiyasında da təmsil olunur (LITA). Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində Mərkəzi Elmi Kitabxana ilə yanaşı Azərbaycan Milli Kitabxanası və Prezident kitabxanası da son 10 il ərzində kifayət qədər uğurlu nəticələr əldə ediblər. Milli Kitabxana 2001-ci ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE), 2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı təşkilatının (CENL), 2007-ci ildən Türk Dövlətləri Milli Kitabxanalar Şurasının və İqtisadi ƏməkdaşlıqTəşkilatına (İƏT) üzv ölkələrin MilliKitabxana Direktorları Şurasının üzvüdür. Kitabxana həmin təşkilatların bütün tədbirlərində fəal iştirak etməklə yanaşı, onların həyata keçirdikləri bir sıra layihələrdə də yaxından iştirak edir. Belə layihələrdən Dünya Elektron Kitabxanasını, Avropa Elektron Kitabxanasını, “Europeana” layihəsini, “FUMAQABA” layihəsini, Türk Dövlətləri  ölkələrin milli kitabxanalarında mühafizə olunan əlyazmaların vahid məlumat bazasının yaradılması kimi irimiqyaslı layihələri misal göstərmək olar. Milli Kitabxananın xüsusən Avropa Milli Kitabxanaları Konfransı təşkilatı ilə əlaqələrini yüksək qiymətləndirmək lazımdır. Təsadüfi deyil ki, Azərbaycanda kitabxana işi tarixində ilk dəfə olaraq məhz Milli Kitabxananın 90 illik yubileyinə 45-dən artıq xarici ölkənin 60 nümayəndəsi, o cümlədən 4 beynəlxalq kitabxana təşkilatının prezidenti və üzvləri (Avropa MilliKitabxanalarKonfransı (CENL), AvrasiyaKitabxanalar Assambleyası (BAE), Avropa kitabxanası və Avrasiya Kitabxanaçılar Birliyi) iştirak etmiş, yubiley tədbirləri çərçivəsində III Beynəlxalq Bakı Sərgi yarmarkası, Avropa MilliKitabxanalarıKonfransının (CENL) 27-ci illik görüşü, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV ümumi iclası keçirilmişdir. Qeyd edildiyi kimi, son illərdə Bu əlaqələrin inkişafının intensiv xarakter daşıması həm də ölkəmizin inkişafında yeni nəsli təmsil edən gənc mütəxəssislər üçün böyük bir elmi baza deməkdir. Beləliklə Azərbaycanın gələcəyi üçün maddi-texniki bazanın elmi təməllər üzərində köklənməsi konsepsiyası dövlətçilik baxımından mühüm strateji faktorlardan biri deməkdir.

“Hürriyyət” 

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93