“Beynəlxalq ictimaiyyət Qarabağda keçirilən “seçkilər”i tanımadı” – Hikmət Hacıyev

8 Aprel, 2020, 15:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal altında olan torpaqlarında keçirilmiş “seçkilər”i tanımadı”.

Hurriyyet.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, qanunsuz “seçkilər”lə bağlı 120 dövlət Azərbaycanın suverenliyini dəstəkləyib.

H. Hacıyev qeyd edib ki, koronavirus pandemiyasının yayıldığı dövrdə bu cür “seçkilər”in keçirilməsi açıq şəkildə Ermənistan və qondarma rejimin xislətini bir daha göstərib: “Koronavirusa baxmayaraq, onlar öz çirkin oyunlarını davam etdirib, qondarma “seçki şousu” etdilər. Bu, onların çirkin niyyətini qabarıq şəkildə göstərdi”./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93