Salam, xoş gəlmisiniz.

“Bəzi vətəndaşlar postları piyada keçərək Bakıya gəlməyə çalışırlar” - Nazir

2020-03-26 22:43:00

“Bəzi vətəndaşlar postları piyada keçərək Bakıya gəlməyə çalışırlar” -  Nazir

“Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxış bağlansa da, bəzi vətəndaşlar postlara qədər maşınla, ondan sonra isə piyada keçərək Bakıya gəlməyə çalışırlar. Belə şəxslərdən 99 nəfər barəsində konkret tədbir görülüb”.

Bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Nazir qeyd edib ki, ölkənin müxtəlif yerlərində postlar qoyulub: "Lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar". \\Modern.az  

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93