Biləcəridə küçəni hasarlayırlar – Ziya Məmmədovun qardaşının adamı “bu, bizim küçədir” deyir

2 İyul, 2020, 14:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayətçidirlər. Bu barədə redaksiyamıza müvafiq şəkillər göndərən şikayətçilərdən biri – Günay Hüseyn qeyd edir ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar. 

Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu evin sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur. Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədivun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb, 2016-cı ildə vəfat edib.

İndi küçənin hasarlanmasının əsas səbəbi olaraq mərhum N.Məmmədovun ailə üzvlərinin küçədən gələn səs-küydən narahat olduğu göstərilir. Küçəni kəsmək üçün göstərişin konkret olaraq N.Məmmədovun oğlu Fuad Məmmədov tərəfindən verildiyi deyilir.

Hadisə ilə bağlı şikayətçilər öz şikayətlərini öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, F.Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər.

Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildirirlər./musavat.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93