Salam, xoş gəlmisiniz.

Binəqədidə yanğında 2 azyaşlı tüstüdən zəhərlənib

2019-03-09 11:15:35

Binəqədidə yanğında 2 azyaşlı tüstüdən zəhərlənib

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Hazırda həkimlərin müdaxiləsindən sonra azyaşlıların vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru