Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir? – İDDİA

29 İyun, 2020, 14:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bioloji Təbabət Klinikasının bir neçə əməkdaşının koronavirusa yoluxduğu, baş həkimin isə hamını işə gəlməyə məcbur etdiyi barədə məlumatlar yayılıb.

İddia olunur ki, bəzi tibb işçiləri rəhbərliyin tələbilə hətta qızdırma və öskürək əlamətlərilə işə gəlirlər.

Bioloji Təbabət Klinikasının İnsan Resursları Departamentinin direktoru Teymur Əliyev isə Modern.az-ın sorğusuna cavab olaraq olaraq əməkdaşlarda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.

T.Əliyev qeyd edib ki, klinika tam şəkildə fəaliyyət göstərir:

“Əməkdaşlarımızdan kimsə virusa yoluxmayıb. Amma özündə hansısa simptomlar hiss edənlər, əməkdaşımız olmayan vətəndaşlar var ki, bizim klinikada Kompüter Tomoqrafiyası (KT) vasitəsilə müayinə olunurlar”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93