Bir sıra elektrik qatarlarının hərəkəti dayandırılır

29 İyun, 2020, 16:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq. 

Hurriyyet.org xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Məlumata görə, Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarları hərəkətdə olmayacaqlar.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93