Salam, xoş gəlmisiniz.

Bir ailənin 5 üzvü qəzaya düşdü - Azərbaycanda

2019-09-11 13:56:10

Bir ailənin 5 üzvü qəzaya düşdü - Azərbaycanda

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub.

Qəzada xəsarət alan Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru