Salam, xoş gəlmisiniz.

"Bir çox məsələlərdə qonşulardan geri qalırıq" - QUBAD İBADOĞLU

2020-01-25 11:38:00

"Korrupsiyaya səviyyəsinə görə Azərbaycan Cənubi Qafqazın ən korrupsiyalaşmış dövləti olsa da, İran və Rusiya ilə müqayisədə yaxşı görsənir"

"Azərbaycan qonşularla müqayisədə necə görsənir? Müqayisə əsasında fərqləri və müxtəliflikləri daha aydın görmək mümkün olduğuna görə son zamanlar bu üsula tez-tez müraciət edirəm. Bu dəfə də mötəbər beynəlxalq qurumların apardığı tədqiqatlara istinadən Azərbaycanın quru sərhədləri olan qonşu dövlətlərlə müqayisədə durumunu xarakterizə edən göstəricilərin müqayisəsini təqdim edirəm". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İqtisadçı alim bildirib ki, insanın inkişafı, korrupsiyanı qavrama və demokratiya indeksləri əsasında tərtib olunan və bu yazının şəkil bölməsində yerləşdirilən cədvəlin məlumatları eyni metodologiyaya əsaslanır və 2019-cu ilin nəticələri əsasında son vəziyyəti xarekterizə edir: "Diqqətlə baxın, görəcəksiniz ki, bir çox məsələlərdə qonşulardan geri qalır, bəziləri üzrə irəli çıxa bilmişik. Belə ki, cədvəldə təqdim olunan insanın inkişafı üzrə Azərbaycan hətta cənub qonşusu İranla müqayisədə belə zəif mövqedə, yerləşdiyimiz bölgədə ən pis durumdadır. Korrupsiyaya səviyyəsinə görə Azərbaycan Cənubi Qafqazın ən korrupsiyalaşmış dövləti olsa da, İran və Rusiya ilə müqayisədə yaxşı görsənir. Demokratiya indeksində isə biz bölgədə yalnız İrandan üstün durumdayıq, digər 4 dövlətdən pis mövedəyik. Məlumat üçün onu da əlavə edim ki, insanın inkişafı indeksi özündə 3 vacib göstəricini - adambaşına düşən milli gəlir, savadlılıq və orta ömür uzunluğu - ehtiva edir. Göründüyü kimi, insanın inkişafı iqtisadiyyatın, təhsilin və səhiyyənin durumu əsasında qiymətləndirilir". Qubad İbadoğlu hesab edir ki, bu göstəricini yaxşılaşdırmaq üçün iqtisadi artımı sürətləndirməli, təhsil və səhiyyənin keyfiyyətini yüksəltməliyik: "Buna isə yalnız kompleks və gerçək islahatlarla nail olmaq mümkündür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Gubad Ibadoglu adlı şəxsin şəkli.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93