Salam, xoş gəlmisiniz.

“Bir insanlıq utancı – Xocalı soyqırımı” adlı film çəkilib - TÜRKİYƏDƏ

2019-02-23 10:30:05

“Bir insanlıq utancı – Xocalı soyqırımı” adlı film çəkilib - TÜRKİYƏDƏ

Türkiyənin “Haber Global” agentliyi tərəfindən “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı bədii film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.

Bədii filmin fevralın 26-da saat 12.30 və 20.30-da agentliyin səhifəsində nümayiş etdirilməsi planlaşdırılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru