Salam, xoş gəlmisiniz.

"Bir neçə axmaq və səfeh insanın yazdığı rəy və şərhləri ciddiyə almayaq" - AZƏRBAYCANLI DEPUTAT

2020-03-25 16:52:00

Gürcüstan parlamentinin Marneulidən majoritar deputatı Ruslan Hacıyev koronavirusla bağlı vəziyyətin fonunda sosial mediada etnik zəmində yer alan təhqiramiz ifadələrə münasibət bildirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, o, bir neçə axmaq və səfeh insanın yazdığı bu cür rəy və şərhləri ciddiyə almamağa çağırıb.

R.Hacıyevin sözlərinə görə, bu məsələ barədə hüquq mühafizə orqanları məlumatlıdırlar və lazımı ölçü götürüləcək.

Parlament üzvü qeyd edib ki, virisun nə milləti, nə dini var: “Biz, gürcü qardaşlarımızla birgə bunu bilirik və təsdiq edirik ki, biz azərbaycanlılar Gürcüstanın tamhüquqlu vətəndaşlarıyıq. Gürcüstan bizim ana vətənimizdir. Bu torpaqlarda gürcü qardaşlarımızla bərabər bizim babalarımız yaşayıb, biz yaşayırıq və bizim balalarımız da yaşayacaq. Şad və ağır dövrlərdə gürcü və Azərbaycan xalqlarının dostlugu ölkəmizin firavanlığına təkan və dəstək olub. İnanıram ki, yaranan vəziyyətdən də birgə şərəflə çıxacağıq”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93