Birinci vitse-prezident Xoşbəxt Yusifzadəni təbrik etdi

14 Yanvar, 2020, 7:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə təbrik ünvanlayıb.

Hurriyyet.org xəbər verir ki, təbrikdə deyilir:

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93