“Biz birlikdə mücadilə aparmaqla qlobal təhlükələrdən sağlam və az itki ilə çıxacağıq” – FƏRƏC QULİYEVDƏN TƏKLİFLƏR / VİDEO

3 Aprel, 2020, 22:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ərzaq təhlükəszliyi ilə bağlı videomüraciət edərək təkliflər verib.

Hurriyyet.org həmin müraciəti təqdim edir:

"Hörmətli həmvətənlərim, son zamanlar mən sizə KİV-də yazılar və videomüraciətlərlə ona görə müraciət edirəm ki, görüşlər keçirmək, auditoriyalara çıxmaq obyektiv səbəblərdən mümkün deyil, hər halda bu yolla bəzi düşüncələrimi və təkliflərimi vermək istəyirəm.

Çünki yaranmış durum hər bir vətəndaşın hansı mövqedə olmasından asılı olmayaraq ölkədəki vəziyyətə təkliflərlə dəstək verməsi, potensialı, resursları ilə dəstək verməsi ilə müşayiət olunmalıdır. Hesab edirəm ki, pandemiyanın bugün davam edən və sonrakı nəticələri uzun müddət müzakirələrə , axtarışlara səbəb olacaqdır. Və qlobal karantin də demək olar ki, artıq dəyişiklərə səbəb olubdur və bundan sonra da bir çox sahələrdə ciddi dəyişikliklərə səbəb olacaqdır. O səbəbdən yeni çağırışların ortaya çıxacağı qaçınılmazdır. Bütün dünyada demək olar ki, pandemiyadan sonraki dövrdə çətinliklərlə müşayiət olunacağı proqnozlaşdırılır. İqtisadi böhranın gözlənilməsidə bir çox mütəxəssislər tərəfindən dilə gətirilir. Əlbəttə həm də kapitalizmin yeni formasının bərqərar olması müzakirə mövzusudur. Artıq yeni yanaşmalar ortaya çıxır və rəqabətsal ortamın daha da aktuallaşdığı göz önündədir. Görünən budur ki, yaşam xarakteri dəyişikliyə məhkumdur və ona görə də yaşam qaydaları da dəyişməlidir. Bu səbəbdən ölkəmizin əyninə yeni yaşam donunun biçilməsini də biz düşünməliyik və mən örnək olaraq Amerikanın divar siyasətini misal çəkirəm. Həm hərfi, həm psixoloji mənada bu dövlət divar siyasəti ilə özünü böyük superdövlət olmasına baxmayaraq qlobal məsələlərdən kənarda milli maraqlarına və milli resurslarına söykənən və dövlət milliyətçliyini əsas götürən bir dövlət kimi ortaya qoyduğunu da bariz şəkildə göstərdi. Bunu biz Trampın BMT tribunasından çıxışında da gördük. Hətta hesab etmək olar ki, divar siyasəti əvvəldən nəzərdə tutulmuş və ölkəni müəyyən fəsadlardan qorumağa hesablanmış variantdır.

Həm dövrün reallıqlarından, həm də psixoloji baxımdan öz resurslarımız hesabına ərzaq təhlükəsizliyimizi təmin eləməklə bağlı bugün mən sizə müraciət etmək istəyirəm. Və bu istiqamətdə mənim 4-cü və 5-ci çağırış parlamentdəki fəaliyyətim dönəmində də təkliflərim olubdur. Amma indi bu məsələ daha da aktualdır və hesab edirəm ki, o dönəmdəki çağırışlarım da bugün aktuallığını saxlayır. Həm də bir çox ölkələrdə gözlənilməz şəkildə alacağımız bəzi məhsulların bahalaşacağı və gözlənilməz şəkildə satacağımız bəzi məhsulların ucuzlaşacağı da indi artıq müzakirə movzusudur və bu da daha çox hər bir ölkənin öz resursları hesabına ərzaq təhlükəsizliyini təmin etməsini  qaçılmaz edir. Son dönəmlər obyektiv səbəblərdən Azərbaycanda bir çox müəssisə və böyük ticarət mərkəzləri bağlandı. Bu təkcə bizdə deyil, bütün dünyada karantin- təcrid olunma siyasətidir ki, yürüdülür. Azərbaycan qabaqlayıcı, profilaktik tədbirlər görmək məqsədilə bir çox obyektlərin bağlanmasını zəruri hesab elədi. Bu çox doğru addımdır. Bu obyektlərin – böyük ticarət mərkəzlərinin bağlanmasından sonra təbii ki, minlərlə insan əyalətlərə qayıda bilər. Karantin müddətinin nə qədər çəkməsi sualdır. Cənab Prezident də öz çıxışında bu məsələyə toxundu. Bildirdi ki, vəziyyət elədir ki, biz nəyisə proqnozlaşdıra və hansı zamanda nəyin olacağını da nə biz nə də dünyada heç kim müəyyənləşdirə bilməz. Ona görə hesab edirəm ki, həm ölkəmizdə bağlanan iş yerlərimizdən əyalətlərə qayıdanların vəziyyətini nəzərə alaraq, həm də bizim ölkədən heç də fərqli vəziyyətdə olmayan xarici dövlətlərdə də müəyyən iş yerlərinin bağlandığına görə müəyyən azərbaycanlıların qayıtması tendensiyasını nəzərə almalıyıq. Bu da böyük rəqəmlərlə ifadə olunur. Bizim Rusiyada və Türkiyədə 100 minlərlə vətəndaşımız çalışır və onların da qayıtma ehtimalları vardır. Əlbəttə dövlətimiz bütün tədbirləri görüb. Bağlanan iş yerlərinə, məcburi məzuniyyətə gedənlərə konpensasiyaların verilməsi , maaşların saxlanılması heç kimin işdən azad olunmaması ilə bağlı tədbirlər görülür. Mən hesab edirəm ki, biz yalnız evlərə çəkilib oturmaqla məşğul olmalı deyilik. Həyat davam edir. Əyalətlərə, xüsusən kənd rayonarına qayıdan insanların müəyyən stimullaşdırıcı tədbirlərlə faydalı iş əmsallarını artırmaq mümkündür. Mən xüsusən nəyi nəzərdə tuturam?

Bu insanlara konpensasiya vermək müvəqqəti xarakterlidir. Amma yardım göstərərək onların kənd təsərrüfatında çalışaraq məhsul istehsalına həvəsləndirmək mümkündür və hər mənada effektlidir. Ölkəmizdə bu addım atılacaqsa təbii ki, təcili atılmalıdır. Çünki yaz aylarıdır və aran rayonlarından fərqli olaraq bəzi rayonlarda hələ yaz işləri kənd təsərrüfatı ilə bağlı başlamayıbdır. Planlı kənd təssərrüfatı malları istehsalı  mümkündür. Bu nədən ibarətdir?

Mən bir neçə il əvvəl büdcə müzakirələrində bildirmişdim ki, Azərbaycan təxminən 860 milyon manatlıq o istehlak məhsullarını kənardan alıb  ki, onlar Azərbaycanda istehsal oluna bilərdi. Məsələn, bunları təsnifat edib siyahı eləmək mümkündür. Bu məhsullarla bağlı olaraq əhaliyə bildirmək olar ki, bu məhsulların alıcısı olaraq dövlət sifariş verə bilər, müqavilə bağlaya bilər, bu məhsulları ala bilər. Mən  xüsusi olaraq dövlətin məhsulu almasını və müqavilə bağlamasının vacibliyini  düşünürəm. İnsanlar kənd təsərrüfatı məhsullarını istehsal eləmək üçün alıcı var deyə güvənli olsunlar. Yerlərdə həm hüquqi, həm fiziki şəxslərlə müqavilə bağlamaq olar ki, səndən bu çəkidə, həcmdə müəyyən məhsulları mən alıram. Müqavilə ilə ilkin olaraq, beh şəklində vəsait də vermək mümkündür ki, həmin insanlar yerlər də işlər qura bilsinlər , gübrə alsınlar və s. O insanlara indiki neft qiymətlərinə uyğun olaraq ucuz qiymətə kənd təsərrüfatı maşınlarının istifadəsi üçün yanacağın da verilməsi mümkündür. Və artıq dövlət bu məsələni sifarişçi tərəf kimi üzərinə götürəndə insanlar güvənli şəkildə o istehsalla məşğul olacaqdırlar. Heç kimə sir deyil ki, bəzi məqamlarda kənd adamları məhsullarını istehsal edirlər, amma qazanc əldə edə bilmirlər. Tutaq ki, Göyçayda nar , Balakəndə xurma istehsal olunur və son anda bunlar alıcı tapmaqda çətinlik çəkirlər və məhsulun bir qismi xarab olur. Ona görə dövlət müqavilə bağlayıb əvvəldən bir qisminin vəsaitini ödəməklə, həm də güvən yaratmaq mümkün olacaqdır. Müəyyən bölgələrdə həm də souducu anbarların tikilməsi mümkündür ki, alacağı məhsulu orda ilboyu dövlət tərəfindən satıcılara çatdırılsın. Bu xüsusi əhəmiyyətlidir, çünki, bu yaxınlarda İqtisadiyyat naziri Mikayıl Cabbarov qiymətlərə nəzarətlə bağlı bir müraciət etdi. Çox doğru bir yanaşma idi. Məqsəd manapolistlərin qiymətlə oynamağını önləməkdir. Mikayıl Cabbarov Azərbaycanda çox rəğbətlə qarşılanan nazirlərdən biridir. O,Vergilər Nazirliyi kimi çox bərbad bir yeri  son dərəcə dürüst, nümunəvi  bir vəziyyətə gətirib çıxarıb. Amma təkcə inzibati yollarla qiyməti önləmək mümkün deyil və mən hesab edirəm ki, bazarın doymasında hələ də manapolistlərin təbii ki, rolu vardır. Hərçənd ki, son illər bu xeyli dərəcədə azaldılıb. Amma manapolistlərin qiymətdə oynamaması, bazarın doymasında iştirakını məhdudlaşdırmaq üçün o məhsulların dövlət tərəfindən alınması , yerlərdə soyuducu anbarlarda saxlanılması və hissə-hissə  yerlərdəki bazarlara çatdırılması həm şəhərlərdə bolluğa və ucuzluğa səbəb olacaqdır, həm də kənd yerlərin də, əyalətlər də insanların işlə təminatına səbəb olacaqdır. Bu həm də ölkəmizdə, xüsusən, Bakı şəhərində süni şəkildə urbanizasiyanın qarşısını alacaqdır. Bakıda çalışanların ki bir qismi ticarət  yerlərindən qayıtdılar. Onların böyük əksəriyyəti, əgər bu cür stimul olarsa və yerlərdə iş qurmaq imkanına malik olarlarsa, təbiiki  şəhərə qayıtmaq maraqları da olmaz. Təbii ki, dövlətimiz son zamanlar qeyri neft sektorunda çalşan sahibkarlara  dəstək verir. Kənd Təsərrüfatı ilə bağlı xeyli irəliləyişlər vardır. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərdə ciddi şəkildə reseptlərlə çıxış edibdir. Amma mən hesab edirəm ki, təkcə hüquqi şəxslər yox, fiziki şəxslər də bu məsələ də cəlb oluna bilərlər və onlara da dəstək verilə bilər. Bunun çox sadə bir yolu vardır. Hər bir kənddə yerli icra hakimiyyəti nümayəndəsi, bələdiyyə nümayəndəsi , kəndlinin nə qədər torpaq sahəsinə malik olması, nəyi istehsal eləməsi haqqında informasiyaya malik olurlar və onlarla da eyni müqaviləni bağlamaq mümkündür. Məsələn, yaxın ərazilərdə olan hərbi hissələrin, internatların, müəyyən bağçaların və. s.müəssisələrin  ərzaq  təminatı ilə bağlı bu hüquqi şəxslər və kəndlilərlə  müqavilə bağlanmaları mümkündür. Insanlar bilərlər ki, istehsal etdiyi məhsulu alan vardır . Dövlət tərəfindən də xaricdən aldığımız məhsulları təsnifat edərək nəyə ehtiyac olduğu, hansı rayonlarda onları istehsal eləmək mümkündür və s kimi sullar aydınlaşdırılar.  Planlanmış şəkildə ehtiyac olan məhsulun istehsalı  mümkündür. Bir neçə məsələ birdən birə həll olunmuş olur.

1.Şəhərdən əyalətlərə qayıtmış insanlar işlə təmin olunurlar. Dövlət konpensasiya əvəzinə  yardım və aldığı məhsulun bir hissəsinin pulunu verir və bu pulda qayıdan bir puldur. Vəsait itirmir. Yerlərdə bolluq olduğu üçün şəhərdə də bazarlarda ucuzluq olur. Əsas odur ki, ölkənin ərzaq təhlükəsizliyi ciddi şəkildə təmin olunur.

Mən bir neçə il əvvəl dəfələrlə bu məsələni qadırmışdım ki, Neft Fondunun vəsaitlərinin bir hissəsini ölkəyə gətirmək və gənclərə vermək lazımdır. Şərtləri də bildirmişdim. Məsələn, kənddən olan, hərbi xidmətdən qayıdan gəncə istehsal sahəsi ilə bağlı özünün təqdim edəcəyi bir  layihəsi olacaqsa, müəyyən vəsaiti 3%-lə vermək lazımdır. Çünki bizim Neft Fondunun vəsaitləri xaricdə 3%-lə işlətməyə verilir. Və özünə mənzil tikmək üçün də torpaq sahəsi verilir. Gənc həm mənzil ilə özünü təmin edir, həm iş yeri olur, həm də bir neçə nəfərin burda işləməsi təmin olunur. Şəhərdən olan gənclərə də eyni cür istehsal sahələri yaratmaq üçün Neft Fondunun ölkəyə gətirilmiş vəsaitlərinin 3 %-lə verilməsini təklif eləmişdim. Və bildirmişdim ki, şəhər ətrafında da onlara 1.5 və 2 sot torpaq sahəsi verilməklə həm mənzil məsələsi həll oluna bilər, həm kiçik iş yerləri açıla bilər.

Həm də elə istehlak malları var ki, ölkədə istehsal olunması mümükündür bunu kənardan almağa ehtiyac yoxdur. Təbii ki, bu təkliflərim də qüvvəsindədir. Düşünürəm ki, bu məsələlərə ciddi şəkildə əl qoymaq lazımdır. Hesab edirəm ki, bu resept və buna oxşar təkliflərlə xeyli dərəcədə ölkədəki vəziyyəti sahmana salmaq üçün addımlar atılması mümkündür. Bizim potensialımız çoxdur. Biz bir neçə iqlim qurşağı olan bölgədə yaşayırıq. Nəinki özümüzün ərzaq təhlükəsizliyimizi təmin edə bilərik, belə vaxtda həm də qonşu ölkələrə məhsul ixrac etmək imkanlarımız vardır. Bütün hallarda ümidsizliyə qapılmaq olmaz. Bütün sahələrdə mücadilə verməyimiz lazımdı. O cümlədən ərzaq təhlükəsizliyi ilə bağlı da müəyyn işləri görməyimiz lazımdı. Bu məsələdə ciddi bir siyasi faktor da var. Heç kimə sirr deyil ki, ölkəmizə başqa ölkədən qayıdan gənclərin işsiz qalacağı halda , vəsaitlə təmin olunmayacağı halda, qıtlıq yaranacağı halda o gənclərdən bəzi dövlətlər məqsədli şəkildə istifadə eləməyə cəhd edə bilərlər. Ona görə həm də siyasi mənada yuxarıdakı təkliflərin  çox böyük əhəmiyyəti vardır və nəzərə alınacağını düşünürəm. Biz birlikdə mücadilə aparmaqla qlobal təhlükələrdən sağlam və az itki ilə çıxacağıq. Bizim buna imkanlarımız vardır. Son zamanlar görsənən də budur ki, xalq və iqtidar arasında ciddi şəkildə bu məsələdə anlaşma var. Anlayışla məsələlərə yanaşma vardır. Əhalimiz həddən artıq yüksək səviyyəli intelektə malikdirlər və bu məsələlərdən güc birliyi ilə əlimizi hamımız daşın altına salmaqla çıxmaq imkanlarımız vardır. Bir daha sizə işlərinizdə uğurlar, can sağlığı arzu edirəm. Bu təkliflərimin də müvafiq strukturlar tərəfindən nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm".

https://www.youtube.com/watch?v=prtqSEcqRYo&feature=emb_logo


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93