“Bizdəki tariflər xaricdən yüksək deyil” – NAZİR

14 İyun, 2019, 11:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır?

Hurriyyet.org xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin Milli Məclisin bu gün keçirilən plenar iclasda müzakirəsi zamanı dyeib.

“Buna cavab vermək üçün biz bəzi məsələlərə diqqəti cəlb etmək istəyirik. İlk olaraq komissiya haqları. Hazırda post-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arasındadır. Müqayisədə deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”, – deyə M.Cabbarov əlavə edib. /azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93