BMT-nin 500-dən artıq əməkdaşı koronavirusa yoluxub

22 May, 2020, 13:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, BMT-nin 500 nəfərdən artıq əməkdaşı  yeni tipli konovirusa yoluxub. Yoluxanların 50 nəfərə yaxını Cenevrə şəhərindədirlər. Bu barədə açıqlamanı BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valova verib.

Valova deyib: “Bütün dünyada 500 nəfərədən əməkdaşımız Kovid-19 virusuna yoluxub. Cenevrədə yoluxanların sayı 50 nəfərə yaxındır. BMT-nin Cenevrədəki mənzil qərargahında 8 yoluxma halı qeydə alınıb. Bütün yoluxma halları orta ağırlıqdadır. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların əməkdaşları bu xəstəlikdən vəfat ediblər. Bizim əməkdaşlarımızın müdafiəsi üçün bütün zəruri tədbirlər görülüb”.

Valova bildirib ki, iyun ayından etibarən Millətlər Sarayı əməkdaşları qəbul eləməyə hazır olacaq. Bu zaman bütün təhlükəsizlik və ehtiyat tədbirlərinə, o cümlədən fiziki məsafə və gigiyena qaydalarına riayət eləmək nəzərdə tutulur.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93