“Boeing-747” təyyarəsinin istehsalı dayandırılır

0

Boeing şirkəti əfsanəvi “Boeing 747” təyyarəsinin istehsalını 2022-ci ildə dayandıracağını açıqlayıb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, şirkətin açıqlamasında cari dinamika və bazar perspektivləri nəzərə alınmaqla bu qərarın verildiyi bildirilir.

Məlumata görə, 2016-cı ildən bəri zavoddan yalnız altı “Boeing 747-8” təyyarəsi çıxıb, şirkət onların hər birinə görə 40 milyon dollar itiib. Son sifariş 2017-ci ildə qəbul edilib.

“Boeing 747″nin ilk uçuşu 1969-cu ildə baş tutub və 1970-ci ildən istismara başlayıb. Ümumilikdə, müxtəlif modifikasiyalı 1,5 mindən çox təyyarə istehsal edilib.