Boris Conson qəzaya düşdü – Video

0

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” Baş Nazir dəftərxanasının rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Belə ki, Consonun əyləşdiyi avtomobil Londonun mərkəzində hərəkət edirmiş. Gözlənilmədən onun qarşısına mitinq iştirakçısı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil ona çırpılıb.

İnsident nəticəsində heç kim xəsarət almayıb. Avtomobilin bamperi əzilib. Polis qəzaya səbəb olan şəxsi saxlayıb. \\Qafqazinfo