Bu barmağınıza baxıb koronavirusa yoluxduğunuzu öyrənə bilərsiniz? — Cəlal İsayev AYDINLIQ GƏTİRDİ

4 İyun, 2020, 19:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Epidemiyanın başladığı ilk günlərdə havaların temperturunun 25 dərəcəni keçdikdən sonra COVİD-19 virusunun ölməsi barədə səsləndirilən fikirlərlə bağlı onu deyə bilərəm ki, virusların bir çox növləri var. Bəzi viruslar 37 dərəcədə, 10-15dəqiqə tab gətirib, sonra ölür.”

Hurriyyet.org bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, COVİD-19 virusu isə hətta 56 dərəcədə belə 10-15 dəqiqə dözə bilir:

” Bir daha deyirəm ki, COVİD-19 infeksiyası tam öyrənilməyib, müxtəlif fikirlər var. Hətta belə bir absurd fikir də ortaya atılıb ki, kimin çeçələ barmağı uzundur, COVİD-19-a daha tez yoluxur. Bu səslənən fikirlərin arasında düz olanı da, səhvi olanı da var. İstənilən halda bu bəladan qurtulmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93