Bu gün işdən çıxarılan icra başçısı həbs edildi

30 Aprel, 2020, 18:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində məhkəmə qərar verib.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevin qərarı ilə Mahir Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onunla birlikdə bir neçə şəxsin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, M. Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93