“Bu gün milli utanc günüdür” – XAQANİ CƏFƏRLİ

21 May, 2020, 11:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

“Bu utancın səbəbi Azərbaycan dövlətinin beynəlxalq hüququn, ilk növbədə BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn hüququnu həyata keçirə bilməməsidir”

“Bu gün milli utanc günüdür. Gələcək nəsillər bu günü məhz belə xatırlayacaqlar. Bu utancın səbəbi bütün dünyanın Azərbaycanın ərazisi hesab etdiyi, hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni “seçkilərin” nəticəsi olan qondarma “andiçmə” şousunun təşkili deyil. Bu utancın səbəbi Azərbaycan dövlətinin beynəlxalq hüququn, ilk növbədə BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn hüququnu həyata keçirə bilməməsidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir: “Azərbaycan həm işğala məruz qalan dövlət olaraq özünü müdafiə hüququna sahib olduğu kimi işğalçı dövlətin beynəlxalq öhdəliklərini, yəni işğal olunmiş ərazilərin qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlüksizlik Şurasının Qətnamələrinin icrasını təmin etmədiyinə görə onu buna məcbur etmək hüququna sahib olsa da, siyasi iradənin olmaması səbəbindən hərbi əməliyyatlara başlamaq əvəzinə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin açıqlamasını yaymaqla tarixinin ən utanc verici tarixlərini yazır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93