Bu günlərdə ata olacaqdı… – FOTO

0

Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir.

Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.