Bu il Həcc ziyarətinə getmək mümkün olacaqmı? – Səudiyyə Ərəbistanından açıqlama!

0

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı koronavirus səbəbindən bu il Həcc ziyarətini etmək üçün sadəcə öz ölkəsinin vətəndaşlarına icazə veriləcəyini, xaricdən hacı qəbul etməyəcəklərini bildirib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin yazılı açıqlamasında 180-dən çox ölkədə yayılmış Kovid-19 yoluxma sayının 7 milyonu keçdiyi və yarım milyondan çox insanın bu pandemiyanın qurbanına çevrildiyi nəzərə çatdırılır.

Dünya miqyasında insanları pandemiyadan qoruyacaq bir peyvənd, yaxud da təsirli dərmanını hələlik tapılmadığı bəyan edilən açıqlamada sosial məsafəni qorumaq imkanlarının çətin olduğu məkanlarda epidemiyanın sürətlə yayıldığı qeyd edilib.

Açıqlamada müqəddəs torpaqların qonaqlarını qorumaq məqsədi ilə bundan əvvəl ümrə ziyarətlərinin təxirə salındığı, müsəlmanların sağlamlığını qorumaq məqsədilə bu il xaricdən hacı namizədlərinin qəbul edilməyəcəyi bildirilir: “Kovid-19 epidamiyasının yayılmağa davam etməsi, qələbəlik yerlərin və beynəlxalq gediş-gəlişin daha da riskli olması, qlobal yoluxma saylarının ciddi şəraitdə artması səbəbindən Həcc və Ümrə Nazirliyi bu il Həcc ibadətini ölkə daxilində yaşayan ziyarətçilərlə məhdudlaşdıracaqdır”.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bu günə qədər ölkədə Kovid-19 üzündən 1267 nəfərin vəfat elədiyini, ümumilikdə yoluxanların sayının 157 612 nəfərə çatdığını bildirib.

Hurriyyet.org