Bu ilin Həcc ziyarəti başqa ildəkilərə bənzəmədi

3

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanında Həcc ziyarəti koronavirus tədbirləri altında həyata keçirilir.

Kəbəni təvaf edən zəvvarlar sosial məsafə qaydasına əməl edirlər.

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi icazəsiz Həcc ziyarəti edilməməsi barəsində xəbərdarlıq etsə də, bir həftə ərzində bu qaydanı pozmuş 16 nəfər yaxalanıb.

Koronavirus pandemiyası üzündən bu il Həcc ziyarətinə yalnız Səudiyyə Ərəbistanında yaşayan insanlar buraxılıb, xaricdən zəvvar qəbulu dayandırılıb.

Səudiyyə Ərəbistanının Səhiyyə naziri Tofiq ər Rabia da ziyarətçilərin yaşının 65-dən kiçik olması və xroniki xəstəliyinin olmaması şərtini irəli sürmüşdü.

Hurriyyet.org