“Bu insanlar deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etməlidirlər” – Rəsul Quliyev

30 Aprel, 2020, 20:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Bir çoxlarından fərqli olaraq sosial şəbəkədə yazılan şərhləri də oxuyuram və ağılsızlıq etalonu deyilsə, mütləq cavab verirəm. Özlərini cəbhəçi adlandıranlar tərəfindən yazılmış tərbiyəsiz yazıları oxuyanda millətin bəzi övladlarının belə aşağı səviyyədə olmasından çox məyus oluram”

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev qeyd edib ki, bu yazıların tərzi və üslubu xaricdən təşkil edilmiş söyüş kampaniyalarının (ifrat tərbiyəsizlik, nadanlıq etalonu) müəlliflərinin mətbəxində yetişdirilməsi qənaəti yaradır: “Bu səviyyədə aşağı keyfiyyətli, ağılsız üzvləri olan bir komandanın özlərini müxalifət adlandırmağa haqları yoxdur. Bu tip insanlar mütləqdir ki, müxalifət olmamışdan öncə deqradasiyaya uğramış əxlaqlarını tərbiyə etsinlər. Adətən, ağlı yerində olan liderlər buraxılmış səhvləri nəzərə alaraq yeni nəsl, yeni ağıllar yetişdirməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə, təəssüf olsun ki, ağıldan kəm, nadanlar istehsal etmək maşınına çevrilib. Özünü ağıllı təqdim etmək üçün bu sayda insanları ağıldan şikəst etmək xalqa qarşı ən böyük cinayətdir!”. \\Pravda.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93