Bu klinikalarda COVİD-19 testi pulsuzdur…

7

Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik.

Milli.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

“TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına pulsuz aparılır, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyəti yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik”.