Bu nazirlikdə MÜAVİNLƏRİN SAYI ARTIRILDI

30 Aprel, 2020, 19:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.

Bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı 2-yə çatıb.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.\\Axar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93