Bu nazirliyin külli miqdarda vəsaiti mənimsənildi – KORRUPSİYA FAKTI

0

Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinin vəsaitini mənimsəməkdə ittiham olunan iş adamına cinayət işi başlanıb. 

Hurriyyet.org demokrat.az-a istinadən xəbər verir ki, Məmmədov Rəşadət Ədalət oğlunun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

O, Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinin ayırdığı külli miqdarda pulu təyinatı üzrə xərcələməyib və ələ keçirib.

Rəşadət Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Yaxın günlərdə cinayət işi başlanacaq.

Cinayət işi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.