Bu qurumların adlarını açıqlamaq lazımdır – Deputat

1 May, 2020, 19:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil.

Bu sözləri millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxışında deyib.

Q.Paşayeva ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb və Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb:

“Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır. Bunlar Prezidentin ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır”.

Q.Paşayeva qeyd edib ki, bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır:

“Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”. \\Axar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93