Bu şəxslərin qətli “iki qətl” sayılmalıdır – Hüquqşünas

1 May, 2020, 22:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Cəmiyyətdə vaxtaşırı olaraq hamilə qadınların öldürülməsinin də şahidi oluruq və hamilə qadının öldürülməsi ağırlaşdırıcı hal olsa da, bu, subyektiv olaraq öldürülən qadının məruz qaldığı cinayət əməlinin ağırlaşdırılması kimi nəzərə alınır. Yəni ana bətnində olan uşağın – dölün zərər görməsinə, məhv edilməsinə qanunumuz biganə yanaşır.

Bu fikirləri hüquqşünas Aqil Layıcov səsləndirib. O bildirib ki, bəzi ölkələrdə bu kimi qətllər zamanı iki subyekt qurban statusu alır: qadın və ana bətnində olan uşaq (in utero):

“Ana bətnində olan uşaq tam olaraq Homo Sapiens kimi qəbul edilməlidir. ABŞ-da ana bətnində olan uşağn öldürməsi və ya məhv edilməsi ayrıca cinayət əməli tərkibi kim qiymətləndirilir. Məsələn, şəxs qadının hamilə olduğunu bilirdisə və bilməli idisə, bətndə olan uşağın ölümünə, məhv edilməsinə yönələn hərəkəti adam öldürməyə bərabər tutulur. Ola bilər ki, şiddətə məruz qalan qadın sağ qalır, amma bətnində olan uşaq ölür, bu zaman ana bətnində olan uşağın öldürülməsinə görə cinayət məsuliyyəti olmalıdır”. \\Axar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93