Bu şirkət işçilərini İXTİSAR EDİR

4 İyun, 2020, 21:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Lüks və idman avtomobillərinin istehsalında Böyük Britaniyanın, hətta dünyanın aparıcı markalarından olan “Aston Martin” koronavirus səbəbindən 500 işçisini ixtisar edir.

2020-ci ilin ilk rübündə şirkət vergidən əvvəl cəmi 119 milyon funt sterlinq zərər edib.

“Aston Martin” bu itkidən qurtarmaq üçün 28 milyon funt sterlinq dəyərində yeni tədbirlər görür.

Şirkətin verdiyi açıqlamaya görə, “Aston Martin” qısa müddətdə müvafiq birliklərlə məsləhətləşməyə başlayacaq və 500 işçisi ilə yollarını ayıracaq. Bu addım sayəsində şirkətin idman avtomobilinin istehsalı azalacaq və “əsas sıfırlama” adlanan tarazlaşdırma siyasətini ön plana çıxaracaq. Bu yolla şirkət hər il 8 milyon sterlinq qənaət edəcək.

Qeyd edək ki, “Aston Martin” 2020-ci ilin yanvar ayının sonlarında 10 milyon funt sterlinq maliyyə itirdiyini elan etmişdi. Şirkət əlavə olaraq marka əməliyyat xərclərindən də 10 milyon sterlinq qənaət etməyi hədəfləyir.

Şirkətin illik kapitalı da 10 milyon funt sterlinqə endiriləcək. “Aston Martin”in 2020-ci ildə yenidən qurulması xərclərinin 12 milyon funt sterlinq olacağı gözlənilir. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93