Bu videoları izləyəndə adamı dəhşət bürüyür – Deputat

22 May, 2020, 21:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı əməliyyat videolarını izləyəndə adamı dəhşət bürüyür.

Hurriyyet.org bildirir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Axar.az-a geniş müsahibəsi deyib.

“Rəsmi açıqlamada qeyd olunur ki, musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitab¬xanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və s. mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsi nazir müavini Rafiq Bayramov tərəfindən şəxsən və müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib. Bilirsiz, mən heç uzağa getmədən, öz doğulduğum kənddəki Mədəniyyət Evinin vəziyyəti barədə danışmaq istərdim. Vaxtı ilə Ümummilli liderimizin gəlib çıxışlar etdiyi o gözəl saray hazırda dağılmaq ərəfəsindədir. Mən bu Mədəniyyət Evi barədə dəfələrlə həyəcan təbili çalmışam, məsələ qaldırmışam, müraciət etmişəm… Demək, bizim müraciət etdiyimiz zamanlar, əlaqədar vəzifəli şəxslər şəxsi mənafeləri, qanunazidd əməlləri ilə məşğul imiş və bizim kimi müraciət edənlərin sözü ona görə də havada qalırmış…”, – Q.Paşayeva bildirib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93