BU “ŞAH SARAYI” POLİS RƏİSİNİNDİR? – “Sahibkarlardan pul yığmıram” – FOTOLAR

2 Sentyabr, 2019, 13:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tovuz rayonundan olan bir qrup sahibkar rayonun Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdan şikayətçidir.

Hurriyyet.org xəbər verir ki, adları çəkilməyən anonim sahibkarlar criminal.az saytına şikayətlərində polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər.

”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır”.

Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları rədd edib və bildirib ki, deyilənlər böhtandır: “İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?”

Təqdim olunan fotolardan isə belə görünür ki, söhbət adi villadan yox, əməlli-başlı “şah sarayı”nın tikintisindən gedir.

0102030405


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93