Salam, xoş gəlmisiniz.

Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO

2020-01-22 15:05:00

Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO

Avstraliyanın qərbində, Yeni Qvineyanın cənubunda yeriyən köpəkbalığı növləri aşkar edilib.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, son tədqiqatlara görə, yeriyən köpəkbalığı növlərinin sayı doqquza çatıb.

Quruda gəzmək qabiliyyətinə malik köpəkbalığı növü qorxulu görünə bilər, lakin tədqiqatçılar qeyd edirlər ki, yeriyən köpəkbalığı növləri olduqca kiçikdir və onlar öz ölçülərində xırda onurğasız balıqlarla qidalanır.

Kvinslend Universitetindən Doktor Kristin Dagın kəşf edilən köpək balığı növlərinin 12 illik araşdırmanın bir parçası olduğunu ifadə edib. Bu araşdırmanın məqsədinin isə yeriyən köpək balıqlarının bəslənmə vərdişlərini yaxından araşdırmaq olduğunu bildirib.

O əlavə edib ki, gəzən köpəkbalığı növlərinin üzgəcləri çox güclü olduğu üçün onlar normal bir balıq kimi üzməklə bərabər, həm də dayaz sularda yeriyə bilmə xüsusiyyətinə sahibdir. Olduqca aşağı oksigen səviyyələrinə uyğunlaşma bacarıqlarının olması bu balıqların dayaz sularda yaşaya bilmələrini təmin edir”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93