Salam, xoş gəlmisiniz.

“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA

2020-03-25 11:29:00

“Bu görüş mütləq baş tutacaq” - Deputatdan AÇIQLAMA

“Milli Məclisin deputatları ilə Mərkəzi Bankın İdarə Heyəti arasında müzakirələrin aparılması üçün prinsipial razılıq var”.

Hurriyyet.org oxu.az-a istinadla xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli bildirib.

Deputat qeyd edib ki, ölkədə koronavirusla bağlı məhdudlaşdırıcı müddət bitdikdən sonra nəzərdə tutulan görüş mütləq baş tutacaq. 

Mərkəzi Bankla deputatlar arasında aparılacaq müzakirələrin ümumi mövzusu hazırkı vəziyyətin diktə etdiyi aktual iqtisadi məsələlərə həsr olunacaq.

“Ancaq konkret mövzu dəqiqləşdiriləcək”,- deyə Əli Məsimli məlumat verib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93