Bu gün Putinin yerinə əsas namizəd kim ola bilər? – Avropa mətbuatı

13 Yanvar, 2020, 11:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Vladimir Putin 2000-ci ildən bu yana Rusiyanın şəriksiz lideri sayılır. Kremli onsuz təsəvvür etmək çətindir, lakin əvvəl-axır bu an yetişməlidir. Qərb mətbuatı onun mümkün xələfinin kim olacağı barədə müxtəlif ssenarilər yürüdür.

Isveçrənin “Neue Zürcher Zeitung” qəzetinin analitiki Markus Akeretin fikrincə, gələcəkdə, daha doğrusu, 2027-ci ildə Krmelin şefi olmağa ən potensial namizəd Aleksey Dümin sayılır. A.Dümin uzun illər Vladimir Putinin cangüdəni olub və bu da onun karyera yüksəlişində əsas rol oyanyıb. Markus Akeret Vladimir Putinin gələcəkdə sruktur dəyişiklikələrinə də gedərək baş nazirin funksiyalarının və dövlət iyerarxiyasındakı rolunu yüksəldəcəyini, habelə Təhlükəsizlik Şurasının sədrinin də avtoritetini qaldıracağını güman edir. Bundan sonra isə onun Aleksey Dümini Prezident administrasyasının rəhbəri postuna gətiriləcəyi fərz olunur.

Bəhs olunan şəxsə gəlincə, onun Tula vilayətinin qubernatorluğu kimi idarəçilik sahəsində təcrübəsi artıq var. Analitik Aleksey Düminin İqor Seçin (Rosneft), Aleksey Miller (Qazprom) və Sergey Çemezov (Rostex) kimi iri oliqarxların da yerlərini daha gənclərə verəcəyini bildirir.

Federal Təhlüksizlik Xidmətinin direktoru vəzifəsinə Putinin daha bir cangüdəni Yevgeni Ziniçevin irəli sürüləcəyi söylənilir.
“Neue Zürcher Zeitung”un siyasi eksperti yeni prezidentin əvvəlkindən daha zəif və sistemdən daha çox asılı vəziyyədə olacağını, bununla Rusiyada islahat gözləntilərinin məyusluqla sonuclanacağını yazıb./musavat.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93