Bu il Bakıda yol qəzalarında 77 nəfər ölüb

10 İyul, 2019, 15:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu ilin 6 ayı ərzində Bakıda qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb.

Hurriyyet.org xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat müddətində 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93