Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

18 May, 2019, 8:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat həmişəlik pulsuz olacaq. Digər 6 region da 2020-ci ilədək bu təcrübəyə qoşulacaq.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, bu təcrübə dünyada ilk olacaq. Tallinndə 2013-cü ildən bəri ictimai nəqliyyat ödənişsizdir. Digər 8 regionda isə qərar iyulun 1-dən qüvvəyə minəcək. Müqayisə üçün deyək ki, Lüksemburq analoji təcrübəni 2020-ci ildən tətbiq etməyə hazırlaşır.

Bu tədbirlərlə Estoniya hökuməti nəinki havanı təmiz saxlamağa, həmçinin ticarət dövriyyənin həcmini artırmağa da nail olub. Belə ki, insanlar nəqliyyat xərclərini düşünmədən rahat alış-veriş edir, müxtəlif daşımalar həyata keçirirlər. Hər bir Estoniya vətəndaşı nəqliyyat kartını bircə dəfə qeydiyyatdan keçirməklə sözügedən regionlardakı şəhərdaxili ictimai nəqliyyatdan (taksilər istisna olmaqla) pulsuz istifadə edə biləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93