Salam, xoş gəlmisiniz.

Bu qarışım çox faydalıdır - Acqarına 2 qaşıq

2019-09-26 19:15:23

Bu qarışım çox faydalıdır - Acqarına 2 qaşıq

Düzgün qidalanmamaq və gündəlik nizamsız hərəkət etmək kimi faktorlar bədənin sağlamlığına əks təsir göstərir. Xüsusilə, piylənmə və ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Lakin bu problemlərin qarşısını evdə xüsusi hazırlanmış qarışımla rahat şəkildə almaq olar.

Bu qarışığın faydaları ilə sizi tanış edirik.


Zeytun yağı, qoz və badam kimi Omeqa 3 yağ turşusu ilə zəngin olan qidalardan hazırlanan qarışıq ilə günə başlamağınız sizdə əfsanəvi dəyişikliklərə səbəb olacaq.

Faydaları:

- Gün boyu vücudun enerji səviyyəsinin yüksək qalmasını təmin edir.


- Qan-damar sisteminin işini tənzimlədiyi üçün ürəyin daha yaxşı işləməsini dəstəkləyir.


- Hər üç qidada antioksidant olduğundan yemək borusu, mədə və bağırsaqlardakı zərərli maddələri bədəndən kənarlaşdırır. Beləcə, qəbzlik, izhal kimi xəstəliklərdən uzaq qalarsınız.


- Qanda xolestrolun miqdarını tənzimləyir, eyni zamanda, qana təbii şəkəri əlavə edərək şəkərin səviyyəsinin artmasının qarşısını alır.


- Qoz və badam lif baxımından zəngin olduğundan gün boyu toxluq hissi verərək artıq çəkilərdən qurtulmanıza səbəb olur.


- Stress və depressiyadan uzaqlaşdırır.


- Zeytun yağı bədəndəki gənc hüceyrə sayını çoxaldaraq yaşlanmanı gecikdirir. Qoz və badam isə dəri təbəqəsinin zədə görmüş hüceyrələrini bərpa edərək qırışıqlıq, sızanaq yaranmasının qarşısını alır.

Hazırlanması:

- 2 yemək qaşığı zeytun yağı
- 4 badam
- 2 qoz

Qoz və badamı yaxşıca əzərək zeytun yağı ilə qarışdırırsınız. Streçlə üzərini örtüb bir gün saxlayırsınız. Ertəsi gün səhər tezdən ac qarına iki qaşıq yeyirsiniz. Qarışığı hər gün hazırlamaq daha faydalı olar. \\Medicina.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru